Rəisi Qətər əmiri ilə telefon danışığında Qəzza problemini müzakirə edib

Rəisi Qətər əmiri ilə telefon danışığında Qəzza problemini müzakirə edib
  28 Oktyabr 2023    Oxunub:1185
İran prezidenti İbrahim Rəisi Qətər əmiri Şeyx Təmim bin Həməd bin Xəlifə əs-Sani ilə Fələstin xalqına dəstək üçün əməli həll yolları bardədə telefon danışığı aparıb.
AzVision.az “Fars” agentliyinin məlumatına istinadən xəbər verir ki, İran prezidenti “sionist rejim”in (İsrail -red.) fələstinli qadın və uşaqların qətlində cinayətlərinin misli görünməmiş şəkildə artmasına, eyni zamanda su və elektrik enerjisinin kəsilməsinə, qida və dərmanların Qəzzaya girişini əngəlləməklə acınacaqlı humanitar vəziyyət yaratmasına toxunaraq, İslam ölkələrinin qəti, vahid və aydın mövqeyinin qəbul edilməsinin zəruri olduğunu vurğulayıb.

Rəisi, ABŞ başda olmaqla Qərb ölkələrinin sionist rejimə dəstəyini bu ölkələrin həmin cinayətləri törətmələri üçün yaşıl işıq kimi qiymətləndirib.

“Bu gün Fələstin xalqının sionist rejimin müharibə maşınının cinayət və soyqırım törətməkdə davam etməsinin qarşısını almaq üçün dünyanın təsirli və ciddi dəstəyinə və xüsusilə İslam ölkələrinin birliyinə hər zamankindən daha çox ehtiyacı var”, - İranın lideri deyib.

Qətər əmiri də telefon danışığında Qəzzadakı hadisələri Qərb ölkələrinin ikiqat və rüsvayçı siyasətlərinin sübutu kimi qiymətləndirərək, region ölkələrinin və İslam dövlətlərinin birliyi ilə sionist rejimin döyüş maşınını dayandırmağın mümkün olduğunu söyləyib.

Əmir Qətərin Fələstin xalqının öz müqəddəratını təyinetmə və özünümüdafiə hüquqlarını dəstəkləmək mövqeyini vurğulayaraq dedi: Sionist rejim bütün beynəlxalq qaydalar və humanitar çərçivələri pozub və heç bir cinayət törətməkdən çəkinmir.
AzVision.az



Teqlər: İran   Qətər  





Xəbər lenti