ABŞ-nin Tehrana ikiqat mesajı

   ABŞ-nin Tehrana ikiqat mesajı
  28 Oktyabr 2023    Oxunub:1326
İranın Suriyadakı sursat anbarlarına ABŞ-nin endirdiyi hava zərbələri Tehrana ikiqat mesaj verir.
AzVision.az xəbər verir ki, “The New York Times” Baydenin köməkçilərinə istinadən belə məlumat yayıb.
Qəzetin yazdığına görə, iki gün əvvəl Amerikanın Suriyadakı iki İran hərbi sursat anbarına endirdiyi hava zərbələri “Tehrana iki fərqli mesaj göndərmək” üçün diqqətlə planlaşdırılıb.

Birincisi, iranpərəst qrupların Amerika qüvvələrinə hücumları güclənərsə, mövcud vəziyyət ABŞ-ni İranla açıq hərbi qarşıdurmaya girməyə məcbur edəcək. İkincisi isə, hücumlar dayansa, “hər iki tərəf sakitcə geri çəkilə biləcək”.

Bundan başqa, Yaxın Şərqdə yeni müharibənin fonunda ABŞ prezidenti Co Bayden həm də İrana münaqişədən kənarda qalmasına işarə edir.
AzVision.az




Teqlər: İran   ABŞ  





Xəbər lenti