Şilan Mirzayi Türkiyədən İrana deportasiya oluna bilər

Şilan Mirzayi Türkiyədən İrana deportasiya oluna bilər
  28 Oktyabr 2023    Oxunub:1275
Türkiyədə iranlı sığınacaq axtaranlara təzyiqlərin artması fonunda hüquq müdafiəçisi və siyasi fəal Şilan Mirzayi İrana geri göndərilmək təhlükəsi ilə üzləşib.
AzVision.az xəbər verir ki, iki gün əvvəl yayımladığı audio-faylda vəziyyətini açıqlayan Şilan Mirzayi, İrana qaytarılacağı halda siyasi və insan haqları fəaliyyətinə görə ağır cəzalarla üzləşəcəyini bildirib.

Bu yaxınlarda İzmirdə həbs edilən xanım Mirzayi Türkiyənin şimalındakı Bandırma qaçqın düşərgəsinə köçürülüb.Onun sözlərinə görə, işində “BMT və İmmiqrasiya polisinin icazəsi” olması və Türkiyə hökumətinə qarşı heç bir fəaliyyət göstərməməsinə baxmayaraq, Ankara onu deportasiya etməyə çalışır.

Bu hüquq müdafiəçisini həbs edən orqanlar onun niyə həbs olunaraq düşərgəyə köçürülməsi ilə bağlı hələlik heç bir açıqlama verməyiblər.

Mirzayi bildirib ki, Bandırma düşərgəsinin polis əməkdaşlarından eşitdiyinə görə İranın konsulluğu Türkiyə hökumətindən onun təhvil verilməsini istəyib. Bu səbəbdən onun yaşadığı yerin immiqrasiya polisi Mirzayini xüsusi olaraq sığınacaq axtaranların deportasiyası üçün nəzərdə tutulmuş düşərgəyə köçürüb.
AzVision.az




Teqlər: Mirzayi   deportasiya  





Xəbər lenti