Vaşinqton: İranın Qətərdəki resurslarına toxunulmayıb
Ötən ay İran həbsxanalarında olan beş amerikalının azadlığa buraxılması müqabilində Tehranın Cənubi Koreyadakı dondurulmuş hesablarından altı milyard dollarlıq sərvəti Qətər banklarına köçürülüb.
Oktyabrın 7-də HƏMAS qruplaşmasının İsrailə qarşı ən azı 1400 nəfərin ölümü ilə nəticələnən hücumlarından sonra Co Bayden hökumətinin əleyhdarları həmin pulların Qətərə köçürülməsini çox sərt şəkildə tənqid ediblər.
Ötən həftə ABŞ-nin Maliyyə nazirliyi HƏMAS rəsmilərinə qarşı, dünən isə SEPAH-a və yenidən HƏMAS-a qarşı yeni sanksiyalar tətbiq edib.
AzVision.az