İsrail ordusu şimalda yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib

İsrail ordusu şimalda yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib
  28 Oktyabr 2023    Oxunub:1676
İsrail ordusunun ölkənin şimalındakı bölmələri yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.
AzVision.az xəbər verir ki, bunu İsrail ordusunun Baş Qərargah rəisi Herzi Halevi deyib.

“Şimal komandanlığı bölmələrinin son günlər uğurla həyata keçirdiyi əməliyyatlardan sonra Hizbullahın İsrail vətəndaşlarına və ordusunun şəxsi heyətinə zərər vurmaq cəhdlərinin qarşısını almaq üçün şimal sərhədi boyunca ordu yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib”, - deyə Herzi Halevi bildirib.

O əlavə edib ki, İsrail hərbi rəhbərliyi bütün istiqamətlərdə baş verən hadisələri diqqətlə izləyir və hər cür hadisələrə cavab verməyə hazırdır.

AzVision.az



Teqlər: İsrail   Ordu   Şimal   Hazırlıq  





Xəbər lenti