Niderlandın baş naziri NATO baş katibi olmaq istəyir

Niderlandın baş naziri NATO baş katibi olmaq istəyir
  28 Oktyabr 2023    Oxunub:1536
Niderlandın baş naziri vəzifəsini icra edən Mark Rutte NATO-nun baş katibi olmaqda maraqlıdır, lakin bu vəzifəni tutmaq şansının yüksək olmadığını hesab edir.
AzVision.az xəbər verir ki, bu barədə Rutte “Den Haag FM” radiosuna müsahibəsində bildirib.

“Belə bir rol maraqlı olardı. Çünki o, bir neçə il ərzində ciddi qlobal dəyişikliklər dövründə beynəlxalq arenada vəziyyətin inkişafına töhfə vermək imkanı verəcəkdir”, - deyə o qeyd edib.

Onun sözlərinə görə, alyansın yeni baş katibi postunun qadın olması ehtimalı yüksəkdir.

Rutte 2010-cu il oktyabrın 14-dən Niderland hökumətinə rəhbərlik edir. İyulda o və hökumət hakim koalisiyada miqrasiya siyasəti ilə bağlı fikir ayrılığına görə istefa verib. O, seçkilər keçirilənə və yeni koalisiya hökuməti qurulana qədər baş nazir vəzifəsini icra edəcək.

AzVision.az



Teqlər: Niderland   NATO  





Xəbər lenti