Putin Ərdoğanı təbrik etdi

   Putin Ərdoğanı təbrik etdi
  29 Oktyabr 2023    Oxunub:918
Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı Türkiyə Cümhuriyyətinin elan edilməsinin 100 illiyi münasibətilə təbrik edib.
Rusiya lideri Moskva ilə Ankara arasında əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə əminliyini ifadə edib.

“Əminəm ki, biz dost xalqlarımızın mənafeyi naminə, daha ədalətli və demokratik dünya düzəninin qurulması maraqları naminə ikitərəfli əlaqələrin bütün spektrini ardıcıl olaraq artırmağa davam edəcəyik.

Sizə səmimi qəlbdən möhkəm cansağlığı və uğurlar, bütün həmvətənlərinizə xoşbəxtlik və firavanlıq arzulayıram”, - deyə Kremlin saytında dərc olunmuş teleqramda deyilir.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti