Qazaxıstanda mədən qəzasında ölənlərin sayı 42-yə çatıb

   Qazaxıstanda mədən qəzasında ölənlərin sayı 42-yə çatıb
  29 Oktyabr 2023    Oxunub:1011
Qazaxıstanın Karaqanda vilayətində baş verən qəza nəticəsində ölənlərin sayı 42-yə çatıb, 4 şaxtaçının aktiv axtarışları davam edir.
Bu barədə respublika Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, bəzi yerlərdə dağıntıların olması axtarış işlərini çətinləşdirir.

Şənbə günü Karaqanda vilayətindəki Kostenko şaxtasında qəza baş verib. Qazaxıstan prezidentinin mətbuat xidməti bildirib ki, mədəndə baş vermiş faciə ilə əlaqədar oktyabrın 29-u Ümumxalq Hüzn Günü elan edilib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti