Netanyahu üzr istədi: "O sözlər deyilməməli idi"
Şənbə günü axşam mətbuat konfransı zamanı Netanyahu HƏMAS-ın oktyabrın 7-də İsrailə qəfil hücumunu şərh edərkən, "nöqsan olduğunu" deyib və bunun müharibədən sonra hərtərəfli araşdırılacağını qeyd edib.
Daha sonra “X” sosial şəbəkəsində baş nazirin bəyanatı yayıldı və orada yalan iddialara zidd olaraq onun heç bir şəraitdə və heç bir mərhələdə HƏMAS-ın hərbi niyyətləri barədə xəbərdarlıq edilmədiyi göstərildi.
Bundan əvvəl Netanyahu ilk dəfə oktyabrın 7-də HƏMAS hücumunun qarşısının alınmamasına görə şəxsi məsuliyyətdən danışaraq, müharibədən sonra hamının, o cümlədən özünün də cavab verməli olacağını bildirmişdi.
Şahanə Rəhimli
Teqlər: