Ərdoğan vətəndaşları İstanbul Boğazına dəvət etdi

   Ərdoğan vətəndaşları İstanbul Boğazına dəvət etdi
  29 Oktyabr 2023    Oxunub:1025
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sosial media hesabından Cümhuriyyətin 100-cü ildönümünü təbrik edib.
Ərdoğan təbrikində: "Cümhuriyyətimizin 100-cü ildönümünün həyəcanını və qürurunu yaşadığımız bu tarixi gündə Boğazda pilotsuz təyyarələr, atəşfəşanlıq və işıq şouları nümayiş etdirəcək, 100 döyüş gəmisi və döyüş təyyarəmizlə möhtəşəm parad keçirəcəyik",- yazıb.

Prezident saat 16.00-dan başlayaraq yeddidən yetmişə qədər hər kəsi bayraqları ilə İstanbul Boğazına dəvət edib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti