Ərdoğanın Qərbə sualı: Siz xaçla aypara arasında müharibə istəyirsiniz? - VİDEO

   Ərdoğanın Qərbə sualı:    Siz xaçla aypara arasında müharibə istəyirsiniz? - VİDEO
  29 Oktyabr 2023    Oxunub:1212
Qəzza bölgəsində gedən qanlı toqquşmalara ilk gündən kəskin reaksiya verən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrail-Fələstin münqaişəsinə görə qərb siyasətçilərini günahlandırıb.
AzVision.az xəbər verir ki, Fələstin xalqına dəstək şüarı altında İstanbul aeroportunda 1,5 milyon insanın iştirakı ilə keçirilən mitinqdə Rəcəb Tayyib Ərdoğan Qəzza bölgəsindəki qırğında qərb ölkələrinin günahlandıraraq, rəsmi Ankaranın hərbi cinayətlərə görə İsraili məsuliyyətə cəlb etmək niyyətində olduğunu bildirib.

Ərdoğan Ukraynada həlak olanlara görə “timsah kimi göz yaşları” axıdan qərbdəki riyakar hakimiyyətlərin Qəzzada öldürülən uşaqları yada salmadıqlarını vurğulayıb. Onun sözlərinə görə, beləliklə, Qərb “xaç və aypara” arasında müharibə törətməyə çalışır.

“Ey Qərb, mən sənə üz tuturam! Xaç və aypara arasında müharibə istəyirsiniz? Onda bilin: bu xalq ölməyib, bu xalq diridir və möhkəm dayanıb. Liviyada kim idiksə, Qarabağda kim idiksə, Yaxın Şərqdə də elə olacağıq”, - Türkiyə prezidenti Qərb siyasətçilərinə müraciət edib.

İsrail-Fələstin münaqişəsində həlak olanlara görə məsuliyyəti kollektiv Qərbin üzərinə qoyan Ərdoğan, bu müharibənin məhz onun “övladı” olduğunu deyib.


Sahil İsgəndərov
AzVision.az


Teqlər: Ərdoğan   Qərb  





Xəbər lenti