100 illikdə 100 gəmi - Fotolar+ Video

   100 illikdə 100 gəmi -    Fotolar+ Video
  29 Oktyabr 2023    Oxunub:1218
Xəbər verdiyimiz kimi, bu gün Türkiyədə Respublika Günü və Cümhuriyyətin elan edilməsinin 100 illiyi münasibətilə Boğaziçidə xüsusi tədbir keçirilir.
Cümhuriyyətin 100 illiyi respublikanın hər yerində havada, quruda və dənizdə coşqu ilə qeyd olunur. Boğazda keçirilən xüsusi tədbirdə Türkiyə Hərbi Hava Qüvvələrinin SOLOTÜRK və Türk Ulduzları Cümhuriyyəti səmadan salamlayıblar.

Pilotlar Boğaziçi səmasında nümayiş zamanı səmada “ay və ulduzlar” çəkib, daha sonra “100” yazıblar.

Prezident Rəcəb Tayyib Ərdoğan Boğazda keçirilən bu mərasimi Vahdettin Köşkündən izləyir.

TCG Anadolu başda olmaqla 100 gəmi Boğaza girməyə başlayıb. Boğazda keçirilən bu mərasimin donanma tarixində ən böyük parad olduğu açıqlanıb. Mərasimə 2-si admiral daxil olmaqla 7 mindən çox şəxsi heyətin qatıldığı bildirilib. Hərbi gəmiləri havadan 14 döyüş təyyarəsi müşayiət edir. Parad zamanı həmçinin 101 top atışı da olacaq.








Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti