Dağıstanda hava limanı müvəqqəti bağlanıb

  Dağıstanda hava limanı müvəqqəti bağlanıb
  29 Oktyabr 2023    Oxunub:1634
Mahaçqala hava limanı aerodroma icazəsiz giriş səbəbindən bağlanıb. Bu barədə Federal Hava Nəqliyyatı Agentliyinin bəyanatında deyilir. Təyyarələr alternativ aerodromlara yönləndirilir.
“Naməlum şəxslərin Mahaçqala hava limanının perronuna daxil olması ilə əlaqədar olaraq hava limanının gəliş-gediş üçün reyslərə xidmət göstərilməsi məsədi ilə müvəqqəti bağlanması barədə qərar qəbul edilib. Mahaçqalaya eniş etməli olan təyyarələr alternativ aerodromlara yönləndirilib”, - məlumatda deyilir.

Federal Hava Nəqliyyatı Agentliyi qeyd edib ki, tədbirlər vəziyyət normallaşana qədər qüvvədə qalacaq, hüquq-mühafizə orqanları hadisə yerində işləyir.

Bazar günü axşam Təl-Əvivdən növbəti müntəzəm təyyarənin endiyi Mahaçqala hava limanına bitişik ərazidə keçirilən etiraz aksiyasında bir neçə yüz nəfər iştirak edir. Toplaşanlar Fələstin-İsrail münaqişəsinə qarşı etiraz edirlər. Aeroportun məlumatına əsasən, təyyarə Təl-Əvivdən Mahaçqalaya Moskva vaxtı ilə saat 19:17-də çatıb.

Etirazçılardan bəziləri bu reysin sərnişinlərini axtarmaq üçün hava limanının beynəlxalq terminalına daxil olublar.
***
Təl-Əvivdən növbəti müntəzəm təyyarənin endiyi Mahaçqala hava limanına bitişik ərazidə yüzlərlə insan etiraz aksiyası keçirir. Ora toplaşanlar Fələstin-İsrail münaqişəsinə qarşıdırlar. Bildirilir ki, içəri girənlər, ehtimal ki, gələn İsrail vətəndaşlarını axtarırlar.

Ərazidə bir neçə polis dəstəsi var, aksiyaçılarla izahat işi aparır.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti