İsrail Mahaçqala hava limanındakı iğtişaşlara reaksiya verib

   İsrail Mahaçqala hava limanındakı iğtişaşlara reaksiya verib
  30 Oktyabr 2023    Oxunub:1439
İsrail Dağıstandakı hadisələri izləyir və Mahaçqala hava limanında iğtişaşlar barədə xəbərlər fonunda Rusiya hökumətinin yəhudilərin və israillilərin təhlükəsizliyini təmin edəcəyini gözləyir.
Bu barədə İsrailin Baş nazirliyinin ofisinin və İsrail Xarici İşlər Nazirliyinin birgə bəyanatında deyilir.

“Baş nazirlik, Xarici İşlər Nazirliyi və Milli Təhlükəsizlik Şurası Rusiyanın cənubunda Dağıstanda baş verən hadisələri izləyir. İsrail Rusiya hüquq-mühafizə orqanlarından harada olurlarsa olsunlar, bütün İsrail vətəndaşlarının və yəhudilərin təhlükəsizliyini qorumasını, yəhudilərə və israillilərə qarşı yönəlmiş qırğınçılara və vəhşi təhriklərə qarşı qətiyyətlə hərəkət etmələrini gözləyir”, - deyə bəyanatda bildirilir.

Bazar günü Mahaçqalada yerli sakinlər Təl-Əvivdən gələn təyyarənin uçuş-enmə zolağına daxil olublar. Bildirilib ki, içəri girənlər, ehtimal ki, gələn İsrail vətəndaşlarını axtarırlar.

Federal Hava Nəqliyyatı Agentliyi bildirib ki, Mahaçqala hava limanının gəliş və gedişlər üçün müvəqqəti bağlanması qərara alınıb, tədbirlər vəziyyət normallaşana qədər qüvvədə qalacaq. Kütləvi iğtişaşlarla bağlı cinayət işi açılıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti