Hava limanındakı insidentlə bağlı 60 nəfər saxlanılıb, 9 polis yaralanıb

 Hava limanındakı insidentlə bağlı 60 nəfər saxlanılıb,  9 polis yaralanıb
  30 Oktyabr 2023    Oxunub:1032
Dağıstan hüquq-mühafizə orqanlarının əməkdaşları Mahaçqala hava limanında iğtişaşlarrda iştirak edən 150-dən çox fəalın kimliyini müəyyən ediblər. Onlardan 60-sı saxlanılıb.
AzVision.az xəbər verir ki, “DİN Media” portalı məlumat yayıb.

“Dağıstan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşlarının digər hüquq-mühafizə orqanları ilə birgə həyata keçirdiyi tədbirlər nəticəsində qanun pozuntularının qarşısı alınıb.Hazırda hava limanı tamamilə hüquq-mühafizə orqanlarının nəzarətindədir”, - məlumatda deyilir.

Məlumatda hadisələrdə doqquz polis əməkdaşının da yaralandığı, onlardan ikisinin xəstəxanada olduğu bildirilib.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti