Şoyqu nüvə silahlı ilə bağlı NATO-ya xəbərdarlıq etdi

   Şoyqu nüvə silahlı ilə bağlı NATO-ya xəbərdarlıq etdi
  30 Oktyabr 2023    Oxunub:1231
Avro-Atlantik və Hind-Sakit Okean regionunun təhlükəsizliyinin bölünməzliyi haqqında Qərb konsepsiyası NATO qüvvələrinin Asiyada yaranmasına haqq qazandırmaq məqsədi daşıyır.
Bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib. Şoyqunun sözlərinə görə, Avropada kəskin böhrana səbəb olan Qərb, münaqişə potensialını Asiya-Sakit okean regionuna bir neçə istiqamətdə yaymağa çalışır.

Nazir qeyd edib ki, nüvə arsenalına malik olan dövlətlər arasında qarşıdurmada birbaşa iştirak strateji riskləri dəfələrlə artırır.

Şoyqu vurğulayıb ki, son vaxtlar NATO-nun hərbi potensialını Asiya-Sakit okean regionunda yerləşdirmək üçün fəal cəhdlər olub. Rusiyanın müdafiə naziri bildirib ki, Qərb tərəfindən qoyulan “Avro-Atlantik və Hind-Sakit okean regionunun təhlükəsizliyinin bölünməzliyi” konsepsiyası NATO qüvvələrinin və infrastrukturunun Asiyada görünməsinə haqq qazandırmaq məqsədi daşıyır.

Şoyqu NATO-nun bu yanaşmasını Rusiya və Çin tərəfindən irəli sürülən və öz təhlükəsizliyini başqa ölkələrin təhlükəsizliyi hesabına təmin etməyə imkan verməyən bölünməz təhlükəsizlik prinsipi ilə müqayisə edib.

AzVision.az



Teqlər:





Xəbər lenti