Ankara Qəzza ilə bağlı beynəlxalq konfrans keçirəcək

   Ankara Qəzza ilə bağlı beynəlxalq konfrans keçirəcək
  30 Oktyabr 2023    Oxunub:960
Bir sıra region ölkələri Qəzza ilə bağlı beynəlxalq sülh konfransının keçirilməsində Ankaraya dəstək verib və ölkə rəhbərliyi də buna uyğun işləyir.
Bu barədə RİA Novosti Türkiyə paytaxtındakı diplomatik mənbəyə istinadən xəbər verir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın açıqlamasından sonra bir sıra region ölkələri diplomatik kanallar vasitəsilə təşəbbüsə dəstək mesajları göndərib:

“Cənab Prezidentin tapşırığına əsasən bu istiqamətdə işlər aparılır”, - mənbə bildirib. O əlavə edib ki, Türkiyə bu təşəbbüsü tezliklə həyata keçirməyə ümid edir.


AzVision.az


Teqlər:





Xəbər lenti