Rusiya Qərb ölkələri ilə dialoqa hazırdır

   Rusiya Qərb ölkələri ilə dialoqa hazırdır
  30 Oktyabr 2023    Oxunub:1226
Rusiya hökuməti hərbi əməliyyatlar başa çatdıqdan sonra Ukrayna böhranının həlli ilə bağlı müzakirələrə açıqdır.
Bu barədə ölkənin müdafiə naziri Sergey Şoyqu bildirib. “Lazımi şərait yaradılarsa, biz həm Ukrayna böhranının münaqişədən sonrakı həlli, həm də bütövlükdə Qərblə gələcək birgəyaşayış parametrləri üzrə real əsasda siyasi müzakirələrə hazırıq”, - Şoyqu vurğulayıb.

O, həmçinin qeyd edib ki, müvafiq qərarların qəbulu üçün ilk növbədə nüvə dövlətləri arasında münasibətlərdə bərabərliyi təmin etmək lazımdır. Xüsusilə, söhbət nüvə silahına malik olan ölkələrdən - BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən gedir.

Rusiyalı nazir deyib ki, sabitliyin və sülhün qorunmasına görə məsuliyyət məhz onlardır. Bundan əlavə, Şoyqu bütün maraqlı dövlətləri qlobal təhlükəsizlik arxitekturasının yenilənməsi üçün səyləri birləşdirməyə çağırıb.


AzVision.az


Teqlər:





Xəbər lenti