Vitse-kansler: “Almaniyada antisemitizm dalğası qorxulu görünür”

      Vitse-kansler:    “Almaniyada antisemitizm dalğası qorxulu görünür”
  30 Oktyabr 2023    Oxunub:1009
“Almaniyada antisemitizm dalğası qorxulu görünür”.
Bu barədə Almaniyanın İqtisadiyyat naziri və vitse-kansler Robert Habek “Bild”ə müsahibəsində bildirib. Onun sözlərinə görə, antisemitizmin miqyası qorxuludur: “Bizim tarixi məsuliyyətimiz var və antisemitizm hansı formada olursa olsun, Almaniyada yeri olmamalıdır”.

Bundan əvvəl Çexiya prezidenti Petr Pavel bəyan edib ki, antisemitizmin istənilən təzahürü pislənməlidir və bu cür cinayətlərə görə məsuliyyət daşıyanlar cəzalandırılmalıdır. Onun sözlərinə görə, son vaxtlar Avropada və dünyada, o cümlədən Yaxın Şərqdə eskalasiya fonunda yəhudilərə qarşı təcavüz artıb.

AzVision.az


Teqlər:





Xəbər lenti