“ABŞ-ın İsrailə qoşun göndərmək niyyəti yoxdur”

“ABŞ-ın İsrailə qoşun göndərmək niyyəti yoxdur”
  30 Oktyabr 2023    Oxunub:1035
“ABŞ İsrailə qoşun göndərmək niyyətində deyil”.
Bunu ABŞ-ın vitse-prezidenti Kamala Harris bildirib. K. Harris qeyd edib ki, ABŞ İsraili avadanlıq və məsləhətlə dəstəkləyir, lakin ona müharibənin necə aparılacağını demir: “Bizim İsrailə və ya Qəzzaya qoşun göndərmək niyyətimiz və ya planımız qətiyyən yoxdur,” deyə o, bildirib.

Keçən həftə ABŞ İsrailə hərbi məsləhətçilər, o cümlədən İraqda şəhər müharibəsində təcrübə qazanmış zabit göndərib. ABŞ, həmçinin Hizbullahı müharibəyə girmək cəhdindən “tutmaq” üçün bölgəyə Hərbi Dəniz Qüvvələrinə məxsus iki təyyarədaşıyan qrup təxliyə edib.

AzVision.az


Teqlər:





Xəbər lenti