Almaniya Avropada müharibəyə hazırlaşmağa çağırış edib

   Almaniya Avropada müharibəyə hazırlaşmağa çağırış edib
  30 Oktyabr 2023    Oxunub:1007
Almaniyanın müdafiə naziri Boris Pistorius Avropada mümkün müharibəyə hazırlaşmağın vacibliyini bəyan edib.
AzVision.az xəbər verir ki, o, bu barədəAlmaniyanın ZDF telekanalına müsahibəsində danışıb.

“Biz Avropada müharibə təhlükəsinin ola biləcəyi fikrinə alışmalıyıq. Almaniya özünü müdafiə etməyi bacarmalıdır. Biz müharibəyə hazır olmalıyıq”, Pistorius bildirib. O bildirib ki, bu, Bundesverə aid olduğu kimi alman cəmiyyətinə aiddir.

Almaniya müdafiə departamentinin rəhbərinin sözlərinə görə, Ukrayna və Yaxın Şərqdə baş verən hadisələr ölkə üçün fəsadlar yaradacaq. Eyni zamanda, Pistorius qeyd edib ki, Almaniya İsraillə HƏMAS arasında müharibənin daha da gərginləşməsinin qarşısını almaq üçün lazım olan hər şeyi edəcək.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti