İrəvan Bakı ilə 3 əsas prinsipin razılaşdırıldığını bəyan etdi

İrəvan Bakı ilə 3 əsas prinsipin razılaşdırıldığını bəyan etdi
  30 Oktyabr 2023    Oxunub:797
Bakı ilə sülhün bərqərar olmasına və münasibətlərin tənzimlənməsinə kömək edə biləcək 3 əsas prinsip razılaşdırılıb
Bu abrədə Ermənistanın baş naziri Nikol Paşinyan parlamentin iclasında çıxışı zamanı deyib.

"Əgər tərəflər bu prinsiplərə əməl etsə, sülh müqaviləsinin imzalanması reallaşacaq", - Nikol Paşinyan qeyd edib.

Prinsiplərin birincisi isə "Ermənistan və Azərbaycan Ermənistan Respublikasının ərazisinin 29 800 kvadratmetr, Azərbaycan isə 86,600 kv. km. olması faktı ilə bir-birinin ərazi bütövlüyünü tanımasıdır".

İkinci prinsip - Alma-Ata Bəyannaməsi, plana görə, dövlət sərhədinin delimitasiyası və gələcək demarkasiyası üçün siyasi əsasa çevrilməlidir.

Üçüncü prinsip ölkələrin suverenliyinə, yurisdiksiyasına və qanunlarına qarşılıqlı hörmət əsasında bütün regional kommunikasiyaların açılmasıdır.

AzVision.az



Teqlər: Sülh  





Xəbər lenti