İsrail diplomatları Türkiyədən niyə çıxırlar

   İsrail diplomatları Türkiyədən niyə çıxırlar
  30 Oktyabr 2023    Oxunub:1329
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın son açıqlamaları fonunda İsrail bu ölkədən öz diplomatlarını geri çağırdığını açıqlayıb.
AzVision.az xəbər verir ki, İsrailin Xarici İşlər naziri Eli Koen məsləhətləşmələr aparmaq və ölkələr arasında “münasibətləri yenidən qiymətləndirmək” üçün Təl-Əvivin öz diplomatlarını Türkiyədən geri çağırdığını bildirib. Onun sözlərinə görə, diplomatların geri çağırılması qərarı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və bu ölkənin bəzi digər liderlərinin son bəyanatları ilə bağlıdır.

“Türkiyənin bəyanatlarının tonunun kəskinləşməsi fonunda mən İsrail-Türkiyə münasibətlərini yenidən qiymətləndirmək üçün diplomatik nümayəndələrimizin Türkiyədən geri çağırılmasını əmr etdim” , - Koen deyib.

Qeyd edək ki, iki fün əvvəl İstanbul aeroportunda 1,5 milyon insanın qatıldığı Fəsləstinə dəstək mitinqində Qərb ölkələrini Qəzza zolağındakı qırğında günahlandıran Ərdoğan, həmçinin Türkiyə hakimiyyətinin İsraili müharibə cinayətlərinə görə məsuliyyətə cəlb etmək niyyətində olduğunu vurğulayıb.

Bundan əvvəl isə Türkiyə prezidenti İsrail hakimiyyətini “dəlilik vəziyyətindən” çıxmağa və Qəzza zolağına hücumları dayandırmağa çağırıb.
AzVision.az




Teqlər: İsrail   Türkiyə  





Xəbər lenti