İşləməyən sexə girən erməni oğru kisələrlə qızıl apardı

İşləməyən sexə girən erməni oğru    kisələrlə qızıl apardı
  30 Oktyabr 2023    Oxunub:915
Ermənistanda sexə girən oğrular xeyli qızıl aparıblar.
AzVision.az xəbər verir ki, bu barədə "Shamshyan.com" kriminal xəbər saytı məlumat yayıb. Qeyd edilir ki, naməlum şəxslər Kotayk rayonunda yerləşən “Mining Bogaty” şirkətinin fəaliyyətsiz qızıl emalı sexini qarət edərkən kisələrdə xam qızıl aparıblar.

Nəşrin məlumatına görə, 41 yaşlı A.A polisə müraciət edərək avtoparkda oğurluq olduğunu bildirib: "Hüquq-mühafizə orqanlarının əməkdaşları kilidin sındırıldığını və sexdən 44 ədəd elektrik mühərriki, 4 ədəd elektrik panosu və kisələrdə xam qızıl oğurlandığını müəyyən ediblər. Oğurluq faktı ilə bağlı iş açılıb. Hüquq-mühafizə orqanları dəymiş ziyanın həcmini araşdırırlar".

Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan  





Xəbər lenti