"İsrailin Qəzzanı məhv etmək planı yoxdur" - Səfir

   "İsrailin Qəzzanı məhv etmək planı yoxdur" -    Səfir
  30 Oktyabr 2023    Oxunub:1006
"İsrail tərəfi hazırda HƏMAS ilə hərbi əməliyyatlara son qoymaq imkanını nəzərdən keçirmir". Bu barədə İsrailin Moskvadakı səfiri Aleksandr Ben Zvi “Rossiya-24” telekanalında bildirib.
O, İsrailin döyüşləri dayandırmaq və HƏMAS ilə danışıqlar masası arxasına oturmaq variantını nəzərdən keçirib-gətirmədiyi sualına cavab verərək, “Xeyr, buna baxılmır” deyib.

Səfir əlavə edib ki, İsrail Qəzza zolağının dağıdılması və sakinlərinin köçürülməsini planlaşdırmır. Onun planı HƏMAS-ın hərbi strukturlarını məhv etməkdir.

"Qəzza zolağının məhv edilməsi planı yoxdur. Bunun haradan qaynaqlandığını bilmirəm, amma belə bir plan yoxdur. HƏMAS-ın hərbi strukturlarının məhv edilməsi və girovların qaytarılması planı var, hamısı budur", - diplomat Rusiya xarici işlər naziri Sergey Lavrovun Qəzza zolağının dağıdılması və 2 milyon sakinin anklavdan qovulmasının əsrlər olmasa da, onilliklər boyu fəlakət yaradacağına dair sözlərini şərh edərkən deyib. Ben Zvi həmçinin qeyd edib ki, “heç bir köçürülmə planlaşdırılmır”.

Səfirin sözlərinə görə, Qəzza zolağına əhali üçün humanitar yardımlar gedir.

"Hər gün 100-ə qədər yük maşını Qəzzaya humanitar yardım aparır. Biz Qəzza zolağının cənubuna su təchizatını yenidən bərpa etdik, baxmayaraq ki, bura bizə düşmən olan ərazidir. Elektrik enerjisi ilə də təmin edilirlər”, - deyə o bildirib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti