Mehmet Ali Erbil canlı yayımda hönkür-hönkür ağladı - Video

   Mehmet Ali Erbil canlı yayımda hönkür-hönkür ağladı -    Video
  30 Oktyabr 2023    Oxunub:1318
Son zamanlar özündən 40 yaş kiçik gənc sevgilisinə evlilik təklifi ilə gündəmə gələn məşhur şoumen Mehmet Ali Erbil sosial şəbəkədə canlı yayımda Serdar Ortaçla söhbət edərkən göz yaşlarını saxlaya bilməyib.
Mehmet Ali Erbil Ortaçın "Bilsem Ki" mahnısından bəhs ediləndə hönkür-hönkür ağlayıb.

Qeyd edək ki, şoumen 6-cı dəfə evlənməyə hazırlaşır. Özündən 40 yaş kiçik sevgilisi Gülseren Ceylanla münasibəti 5 aydır ki, davam edir. Cütlük noyabrda Amerikada sadə mərasimlə evlənəcək.



Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti