İrəvanda atışma olub, yaralananlar var

İrəvanda atışma olub,    yaralananlar var
  30 Oktyabr 2023    Oxunub:1168
Ermənistanda atışma olub.
AzVision.az xəbər verir ki, bu barədə "Shamshyan.com" kriminal saytı məlumat yayıb. Qeyd edilir ki, Ermənistan paytaxtı İrəvanın ətrafında baş verən silahlı insident nəticəsində azı bir nəfər yaralanıb.

"Oktyabrın 30-da saat 04:25 radələrində Erebuni tibb mərkəzindən polisə onlara ayağından yaralanmış gənc oğlan gətirilməsi barədə məlumat verilib. Hadisə yerinə gələn müstəntiqlər zərərçəkənin Nubaraşen sakini, 21 yaşlı Slavik X. olduğunu müəyyən ediblər. Zərərçəkmişə binalardan birinin yaxınlığında "Mercedes" markalı avtomobildən tapançadan atəş açılıb. Hadisə yerindən 5 ədəd patron aşkar edilib", - nəşr yazıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan  





Xəbər lenti