İranda mərhumun ildönümü mərasiminə hücum olub

   İranda mərhumun ildönümü mərasiminə hücum olub
  30 Oktyabr 2023    Oxunub:1236
“Qadın, Həyat, Azadlıq” aksiyalarının qurbanlarından olan Mehrşad Şəhidinejadın vəfatının ildönümü mərasiminə hökumət qüvvələri hücum ediblər.
AzVision.az mərhumun atası Əmir Şəhidinejadın öz “X” hesabında yaydığı məlumata istinadən xəbər verir ki, Mehrşadın ildönümü günü bəzi məhdudiyyətlər, təhlükəsizlik qüvvələri tərəfindən məzar və onun ətrafının mühasirəyə alınması səbəbindən mərasimin keçirilməsi mümkün olmayıb. Bir neçə nəfər isə hətta həbs edilib.

“Zabitlərdən biri qorxu və iğtişaş yaratmaq üçün camaatı lentə alır, digəri isə Mehrşadın məzarına hədiyyə edilən gülləri zibil qutusuna atırdı. “Məhdud” şəkildə keçirilən mərasimin sonunda üzünə “bibər qazı” sıxılan Hüseyn Hüseynxani adlı qonaqlardan biri həddindən artıq zorakılıqla həbs edilib. Onun həbsinə səbəb Mehrşadın məzarının yanında dayanmaq istəyi olub. Həmçinin, digər bir neçə nəfər də həbs edilib ki, onların da taleyindən xəbər yoxdur”, - Şəhidinejad deyib.


2002-ci il təvəllüdlü, tələbə və aşpaz Mehrşad Şəhidinejad ötən il oktyabrın 26-da Ərakda keçirilən etiraz aksiyaları zamanı İran təhlükəsizlik qüvvələri tərəfindən öldürülüb.

Hadisənin şahidlərindən olan 3 nəfər bu etirazçının küçədə təhlükəsizlik əməkdaşları tərəfindən “dəhşətli şəlidə döyüldüyünü” gözləri ilə gördüklərini təsdiqləyiblər. Onlar Mehrşadın küçədə, yoxsa təhlükəsizlik işçiləri apardıqdan sonra öldüyünə əmin olmadıqlarını vurğulayıblar.
AzVision.az


Teqlər: İran   hücum  





Xəbər lenti