2,5 min dollara qəbir yeri satan erməni direktor saxlanıldı

  2,5 min dollara  qəbir yeri satan erməni direktor saxlanıldı
  30 Oktyabr 2023    Oxunub:1118
Ermənistanda qəbiristanlığın direktoru işləyən A.Ş. adlı məmur rüşvət almaqda şübhəli bilinərək həbs edilib.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi məlumat yayıb.

Qeyd edilir ki, iş materiallarına əsasən, A.Ş. İrəvan inzibati ərazi dairəsinin Nork-Maraş bölgəsində yerləşən qəbiristanlıqda vətəndaş V.K.-nın qohumunun dəfn edilməsi üçün xüsusi torpaq sahəsinin ayrılması məqsədilə 2,5 min ABŞ dolları məbləğində rüşvət alıb.

Onun vasitəçisi olan G.E-də digərləri ilə birgə saxlanılıb. A.Ş. korrupsiyaya görə, V.K. rüşvət verdiyi üçün G.E. isə həm rüşvət verdiyinə həm də vasitəçiliyə görə məsuliyyətə vcəlb olunub.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan   Rüşvət  





Xəbər lenti