İrandan İrəvana heroin, metamfetamin, tiryək daşımaq istədilər

İrandan İrəvana  heroin, metamfetamin, tiryək  daşımaq istədilər
  30 Oktyabr 2023    Oxunub:806
Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) ölkə ərazisində narkotik vasitələrin satışı cəhdinin qarşısını alıb. AzVision.az xəbər verir ki, bu barədə MTX-nin mətbuat xidməti məlumat yayıb.
Qeyd edilir ki, MTX-yə Ermənistan vətəndaşları V.A. və G.A.-nın İran vətəndaşının köməyi ilə külli miqdarda narkotik vasitəni ölkəyə gətirərək satmaq niyyətində olmaları barədə məlumat daxil olub.

"Ermənistan vətəndaşları Mehridə İran vətəndaşından qadağan olunmuş malları götürərək İrəvana aparmaq istəyiblər, lakin onlar saxlanılıb. Saxlanılan şəxslərə baxış zamanı onlardan 12 kq narkotik vasitə - heroin, metamfetamin, tiryək və marixuana aşkar edilib. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır", - məlumatda qeyd edilir.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan   İran  





Xəbər lenti