Saakaşvili məhkəmədə Gürcüstana sızan diversantlardan danışdı

   Saakaşvili məhkəmədə Gürcüstana sızan diversantlardan danışdı
  30 Oktyabr 2023    Oxunub:1152
Gürcüstanda həbs edilən və 2022-ci ilin may ayından özəl klinikada müalicə alan sabiq prezident Mixail Saakaşvili hesab edir ki, Rusiya Federasiyasından olan təxribat qrupu hakimiyyəti ələ keçirmək məqsədi ilə ölkəyə daxil olub.
Keçmiş dövlət başçısı bu barədə külli miqdarda dövlət vəsaitini mənimsəməsi ilə bağlı keçirilən məhkəmə iclasında videobağlantı vasitəsilə məlumat verib.

“Məndə olan məlumata görə, təxribat qrupu Gürcüstana daxil olub və ona iğtişaşlar şəraitində hakimiyyəti ələ keçirmək və ölkədə sabitliyi pozmaq tapşırılıb”, - Saakaşvili qrupun silahlı olduğunu bildirib.

Eks-prezident Rusiya təxribat qrupunun informasiya təxribatları barədə çağırıla bilən “mülki müdafiə qaynar xətti” yaratmağa çağırıb.

Saakaşvili uzaqdan iştirak etdiyi əvvəlki görüşlərdə olduğu kimi, 2024-cü ilin parlament seçkilərində hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyasının ümumi səylərlə məğlub edilməli olduğunu söyləməyə davam edib.

Onun çıxışını hakim Bedri Koçlamazaşvili kəsərək video bağlantını dayandırıb. Ona cinayət işi ilə birbaşa bağlı olan mövzulardan kənara çıxmaması barədə xəbərdarlıq edilib.

Şahanə Rəhimli
AzVision.az



Teqlər:





Xəbər lenti