"İsrail Yaxın Şərqdə böyük müharibələrə can atmır" - Yoav Qalant

   "İsrail Yaxın Şərqdə böyük müharibələrə can atmır" -    Yoav Qalant
  30 Oktyabr 2023    Oxunub:996
"İsrail Yaxın Şərqdə böyük müharibələrə can atmır, lakin İran və Livanın şiə Hizbullah hərəkatının mümkün təhdidlərinə hazırlaşır". Bunu jurnalistlərə İsrailin müdafiə naziri Yoav Qalant bildirib.
Eyni zamanda, İsrail Müdafiə Nazirliyinin rəhbəri qeyd edib ki, Tehranın müəyyən bir gündə, yəni oktyabrın 7-də [srailə hücumu əlaqələndirdiyinə dair heç bir sübutu yoxdur.

Galantın sözlərinə görə, İran Fələstin HƏMAS hərəkatının yaraqlılarına rəhbərlik edən “ümumi ideyanı” bilirdi.

İranın xarici işlər naziri Hüseyn Əmir Abdollahian CNN telekanalına müsahibəsində deyib ki, Tehran Fələstin-İsrail münaqişəsinin bütün Yaxın Şərq regionuna yayılmasını istəmir.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti