İranda yeddi sənətçiyə və bir jurnalistə qarşı cinayət ittihamı irəli sürülüb

İranda yeddi sənətçiyə və bir jurnalistə qarşı cinayət ittihamı irəli sürülüb
  30 Oktyabr 2023    Oxunub:965
Tehran prokurorluğu yeddi sənətçi və bir jurnalistə qarşı cinayət ittihamının elan edildiyini, həmçinin onlara qarşı məhkəmə işinin açıldığını bildirib.
AzVision.az xəbər verir ki, barəsində iş açılan sənətçilərə və media mənsublarını Tehran Prokurorluğu “kompüter yalanları və sənədsiz məzmun dərc etmək”də günahlandırıb.

Tehran prokurorluğunun hədəfə aldığı Tərəna Əlidusti, Müjgan İlanlu, Həngamə Qaziyani, Təhminə Rzayi Milani, Ümid Tuşe, Səhər Vələdbeygiyan, Məryəm Bubani və Haniyə Təvəssüli İranın istibdadçı rejimi ilə mübarizədə fəallıqları ilə seçilən şəxslərdir.

Əvvəllər də “Qadın, Həyat, Azadlıq” aksiyalarının yatırılmasına etiraz etdiklərinə görə həbs olunan bu sənətçilərin bəzilərinin işləməsinə qadağa qoyulub.

Adı bu yaxınlarda Mədəniyyət nazirliyinin qadağalar siyahısında hallanan aktrisa Təranə Əlidusti daha filmlərdə rol almaq istəmədiyini açıqlayıb.

“Başımıza taxdığınız o məcburi yaylığa görə...hələ də, qan damcılayır”, - Əlidusti deyib.
Xanım Qaziyani isə onunla bağlı qadağanın təsdiqinə

- Mən təkadamlıq hücrələrə atılmazdan daha əvvəl aktrisalıqla vidalaşdım, yenə dedim, indi mənə qadağa qoyduğunuzu düşünürsüz. Bədii şəxsiyyətimin mühüm əlaməti mənliyimi qoruyub saxlamağımdadır”, - cavabını verib.

Yeri gəlmişkən, İranın İrşad naziri Məhəmməd Mehdi İsmaili hökumətin kollegiya iclasında, məcburi hicaba etiraz olaraq daha əvvəl ictimai yerlərdə və tədbirlərdə hicabsız görünən qadın akrtisaları qınayaraq, qanunlara əməl etməyənlərin işləmək mümkün olmadığını söyləyib.
AzVision.az


Teqlər: İran   sənətçilər  





Xəbər lenti