Putin Mahaçqala hadisələri ilə bağlı iclasa hazırlaşır

 Putin Mahaçqala hadisələri ilə bağlı iclasa hazırlaşır
  30 Oktyabr 2023    Oxunub:1043
Mahaçqala hadisələrindən sonra Rusiya prezidenti Vladimir Putin bu gün Moskva vaxtı ilə saat 19:00 radələrində geniş toplantı keçirəcək. Bu barədə jurnalistlərə dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib.
"Putin bu gün Moskva vaxtı ilə təxminən saat 19:00-da geniş nümayəndə görüşü keçirməyi və Qərbin Yaxın Şərqdəki hadisələrdən Rusiya cəmiyyətini parçalamaq üçün istifadə etmək cəhdlərini müzakirə etməyi planlaşdırır. Ətraflı söhbət olacaq", - Kreml nümayəndəsi bildirib.

Peskovun sözlərinə görə, Putin çıxış edəcək, daha sonra görüş bağlı qapılar arxasında keçiriləcək.
"Günahlarınızı yumaq istəyirsinizsə, müharibəyə gedin"


İclasda Baş nazir Mixail Mişustin, Federasiya Şurasının sədri Valentina Matvienko, Dövlət Dumasının sədri Vyaçeslav Volodin, Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katib Nikolay Patruşev, baş prokuror İqor Krasnov, hökumət sədrinin birinci müavini Andrey Belousov, xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Sergey Şoyqu, FTX-nin direktoru Aleksandr Bortnikov, Rusiya Qvardiyasının direktoru Viktor Zolotov, Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin, İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin, Daxili İşlər Nazirliyi rəhbərinin birinci müavini Aleksandr Qorovoy iştirak edəcəklər.

Rusiya prezidentinin mətbuat katibi Mahaçqala hadisələrinin iştirakçılarına qarşı görülə biləcək tədbirləri şərh etməyib, görüşü gözləməyi təklif edib.

Oktyabrın 29-da Yaxın Şərqdə vəziyyətin pisləşməsi fonunda Mahaçqala hava limanında Təl-Əvivdən müntəzəm aviareysin gəlməsi ilə bağlı kütləvi iğtişaşlar baş verib. Bir neçə yüz nəfər hava limanının binasına və aerodrom ərazisinə daxil olub və daha sonra hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən oradan çıxarılıb. Son məlumatlara görə, polis əməkdaşları da daxil olmaqla 20-dən çox insan yaralanıb, 60 iğtişaşçı saxlanılıb. Dağıstan hakimiyyəti və dini liderlər hadisəni təxribatla əlaqələndirərək pisləyiblər.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:  





Xəbər lenti