Ermənistanda məmur itləri kütləvi şəkildə güllələyib - FOTO

Ermənistanda məmur itləri kütləvi şəkildə güllələyib    - FOTO
  30 Oktyabr 2023    Oxunub:1076
Ermənistanda məmur itləri kütləvi şəkildə güllələyib. AzVision.az xəbər verir ki, bu barədə "İravaban" nəşri məlumat yayıb.
Qeyd edilir ki, oktyabrın 30-da redaksiyaya Qeqarkunik rayonunun Qaraqoyunlu (Martuni-red.) kəndində itlərin kütləvi şəkildə öldürülməsi ilə bağlı məlumat daxil olub.

Məlumat verən Qohar Ter-Antonyanın sözlərinə görə, o qızı ilə sahibsiz itlərə qulluq edirmiş. Ailə heyvanları sığınacaqla da təmin edib.

"Dünən gecə bizə Martunidən zəng gəldi. Bildirildi ki, bələdiyyə sədrinin müavini Vahaqn gün ərzində bazar ərazisində gəzərək sahibsiz heyvanları tüfənglə qırır. Onunla bərabər ağ bir "Ford" markalı avtomobil hərəkət edir. Beləcə öldürülən itləri maşına qoyub aparıb atırlar”, - deyən Qohar polisə şikayətlə müraciət etdiyini söyləyib.

Nəşr yazır ki, o, işin bağlanacağından və hüquq-mühafizə orqanlarının heç bir tədbir görməyəcəyindən ehtiyat edir. Redaksiyaya öldürülən itlərin fotoşəkilləri də təqdim edilib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan   İt  





Xəbər lenti