İranda daha iki professor işdən çıxarılıb

İranda daha iki professor işdən çıxarılıb
  30 Oktyabr 2023    Oxunub:979
İranda universitet professorlarının işdən çıxarılması və fəaliyyətinə xitam verilməsi dalğası davam edir.
AzVision.az xəbər verir ki, Əllamə universitetinin Əlaqələr fakültəsinin professoru Əli Əhmədi və Tehran Tibb elmləri universitetinin professoru Zəhra Əhmədinejadi bir neçə etiraz bəyanatına imza atdığına görə vəzifədən kənarlaşdırılıb.

Əli Əhmədi İnstaqram səhifəsində mətn dərc edərək, Əllamə universitetindən “qovulması” ilə bağlı yayılan xəbərləri təsdiqləyib.

“Professorların fəaliyyətinin dayandırılması, çağırılması, cəzalandırılması və işdən çıxarılması ilə bağlı o qədər xəbər eşitmişəm. Bu əzab və peşimanlıqla əl alnına o qədər getdi ki, növbə mənə çatanda bezdim. Əllamə universitetindən qovulmaq yolun sonu deyil, hər üzümün damarında içilməmiş min badə var” , - Əhmədi yazıb.

Eyni zamanda, İslam universiteti Müəllimlər cəmiyyətinin saytında Tehran Tibb elmləri universitetinin yoluxucu xəstəliklər kafedrasının professoru Zəhra Əhmədinejadın rektorun fərmanı ilə fəaliyyətinin dayandırıldığı barədə məlumat yayılıb.


Məlumatda bildirilir ki, Zəhra Əhmədinejadın “işinin dayandırılması əmri” universitetin akademik işçilərinin qanun pozuntularını araşdıran birinci komitəsinin göndərdyi məktubdan sonra verilib. Həmin məktubda professorun “ölkə maraqlarına zidd hərəkətlərə yol vermək və müxtəlif başlıqlı açıqlamalar dərc etməklə fikirləri yayındırmaqla bağlı universitet təhlükəsizliyinin zərbə altına qoyduğu” vurğulanıb.
AzVision.az


Teqlər: İran   professorlar  





Xəbər lenti