HƏMAS-ın oğurladığı qızın meyiti tapıldı

   HƏMAS-ın oğurladığı qızın meyiti tapıldı
  30 Oktyabr 2023    Oxunub:922
Oktyabrın 7-də musiqi festivalında Fələstinin HƏMAS radikal hərəkatının silahlıları tərəfindən qaçırılan Almaniya və İsrail vətəndaşı Şani Luk dünyasını dəyişib.
Bu barədə İsrail Xarici İşlər Nazirliyi məlumat yayıb. Qızın 22 yaşı var idi, onun ölüm şəraiti məlum deyil.

“Təəssüf hissi ilə bildiririk ki, Almaniya və İsrail vətəndaşlığı olan 23 yaşlı Şani Lukun cəsədi aşkar edilib və kimliyi müəyyən edilib. Şani musiqi festivalından qaçırıldı, işgəncələrə məruz qaldı və ağlasığmaz dəhşətlərə dözdü”,- İsrail XİN-in X sosial şəbəkəsindəki səhifəsində dərc edilmiş məlumatda deyilir. Qızın dəqiq nə vaxt öldüyü açıqlanmır.

Şani Luk oktyabrın 7-də Supernova musiqi festivalında Həmas tərəfindən ələ keçirilmişdi.

Şahanə Rəhimli
AzVision.az




Teqlər:





Xəbər lenti