İranda “dərman pulunu ödəyə bilməyən” musiqiçi vəfat etdi

İranda    “dərman pulunu ödəyə bilməyən”    musiqiçi vəfat etdi
  30 Oktyabr 2023    Oxunub:1024
Delmurad Şekəlzəhi adlı bəluc musiqiçi dərman ala bilmədiyi üçün dünyasını dəyişib.
AzVision.az “Etemad” qəzetinin yaydığı məlumata istinadən xəbər verir ki, baxımsızlıq və yoxsulluq içində olan və cəmi “dörd yüz min tümənlik” (9,6 dollar) dərmanının pulunu ödəyə bilməyən Şekəlzəhi son bir neçə gündə Nikşəhrin Suçənkan adlı yoxsul məhəllələrindən birində vəfat edib.

Xəbərdə bildirilir ki, Şekəlzəhi bəluc musiqisinin sağ qalan son nağaraçılarından biri olub.
İrşad nazirliyinin ona verdiyi çox cüzi pensiya hesabına öz dolanışığını təmin edən musiqiçinin ağciyər və tənəffüs problemlərindən dünyasını dəyişdiyi deyilir.

Bir neçə həftə əvvəl Bəlucistanın digər məşhur nağara ifaçılarından olan Şir Məhəmməd Bəluczəhi də xəstəlikdən dünyasını dəyişib.
AzVision.az





Teqlər: İran   musiqiçi  





Xəbər lenti