"Amerikan Thinker”: Bayden ailəsi bütün dünyanı Şeytandan da pis sarsıdıb

      "Amerikan Thinker”:    Bayden ailəsi bütün dünyanı Şeytandan da pis sarsıdıb
  30 Oktyabr 2023    Oxunub:1065
Co Baydeni ABŞ-ni məhv etmək niyyətində günahlandıran “American Thinker” nəşri, onun prezidentliyinin cinayətkar qərarlar, dünyaya və Amerika xalqına zərər vuran dövr olduğunu bildirb.

AzVision.az xəbər verir ki, “American Thinker” nəşri Baydena qarşı ittihamında bir neçə məqamı əsas götürür.

Əvvəla , ona “Keystone XL” boru kəmərinin tikintisini dayandırması irad tutulur. Onun bu qərarı nəticəsində bir gecədə minlərlə ixtisaslı işçinin vəsaitsiz qaldığı, ABŞ-nin isə strateji neft ehtiyatından məhrum olduğu və yanacağa baha qiymətlə üzləşdiyi bildirilir.

İkincisi , yzramaz planlaşdırılma çərçivəsində Əfqanıstandan qoşunların çıxarılması ilə ABŞ-nin milyardlarla dollar dəyərində qabaqcıl hərbi texnikanı, eləcə də Baqram Hava Bazasını Çinə qoyub getməsi vurğulanır.

Üçüncüsü , Ukraynadakı müharibə—ABŞ-nin milyardları və silahı hesabına Zelenskinin Rusiya Federasiyasını asanlıqla məğlub edə biləcəyi ilə bağlı yanlış fərziyyənin məhsuludur. Nəticədə yarım milyon insanını itirmiş Ukrayna əlavə olaraq milyardlarla yardım tələb edir.

Dördüncüsü , Bayden dövründə Fedral Təhlükəsizlik Bürosu (FTB) və ABŞ-nin Ədliyyə nazirliyi cəza orqanlarına çevrildi. Keçmiş prezident Trampın, mühafizəkarların və respublikaçıların təqibləri bunu sübut edir. Eyni zamanda, ciddi cinayətlər törədən “Antifa” və “Black Lives Matter” cəzasız qaldılar .

Müəlliflər, həmçinin Bayden ailəsinin korrupsiyaya qurşanmasının artıq sübuta yetirildiyini qeyd edirlər. Çin, Rusiya, Ukrayna və Rumıniyada külli miqdarda pul müqabilində öz təsir imkanlarını satmaları artıq onların hamısını mühakimə kürsüsünə oturtmaq üçün yetərlidir.

Cənub sərhədindəki “dəliklər” yüzlərlə ölkədən milyonlarla qeyri-qanuni miqrantın ABŞ-a sərbəst şəkildə daxil olmasına imkan verir. Miqrasiya narkotik kartelləri tərəfindən idarə olunur. Nəticədə ABŞ öz ərazisində HƏMAS-ın analoqunu alacaq, hələ fentanili demirik.
Müəlliflərin fikrincə, Bayden administrasiyası və onun kabinetinin işi ən yaxşı halda açıq-aşkar səriştəsizlikdir, böyük mənada isə, “Lənətə gəlmiş ailənin onun özündən pis işləmədiyi üçün Şeytan onlara "sağ ol" deyərdi".

Baydenin dövründə amerikalılara yad mədəniyyətlərdən olan 7-9 milyon insan ölkəyə daxil olub. Yaxın Şərq demək olar ki, alışıb-yanır, ABŞ isə regionda öz bazalarının effektiv müdafiəsini təşkil edə bilmir.

Xaırlaymağa dəyər ki, ABŞ-nin borcu 32 trilyon dollardır və Bayden Ukrayna, həmçinin İsrail, Tayvan və “sərhəd təhlükəsizliyi” üçün daha 100 milyard dollar tələb edir. İnsanlar onsuz da çətinliklə dolanırlar.

Üstəlik, Bayden administrasiyası ölkədən kənarda irqçiliyi, xristianların təqibini dəstəkləyir və (Jonun özü kimi) sözlərini yoxlamaq asan olsa da, faktları daim təhrif edir.

“Əslində, o, Birləşmiş Ştatları lap dibə endirib, bəşəriyyəti isə yeni dünya müharibəsinin astanasına gətirib”, - nəşrin jurnalistləri materialın yekununda vurğulayıblar.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Baydenlər   Şeytan  





Xəbər lenti