Mahaçqala aeroportunda iğtişaş törədən 83 nəfər saxlanılıb

   Mahaçqala aeroportunda iğtişaş törədən 83 nəfər saxlanılıb
  30 Oktyabr 2023    Oxunub:903
Hüquq-mühafizə orqanlarının əməkdaşları Mahaçqalanın “Uytaş” beynəlxalq aeroportunda iğtişaşlarda iştirak edən və iğtişaşlara çağırış edən 83 nəfəri saxlayıb.
Bu barədə TASS-a Rusiya Daxili İşlər Nazirliyinin Şimali Qafqaz Federal Dairəsi üzrə Baş İdarəsinin mətbuat xidmətindən məlumat verilib. Daxili İşlər Nazirliyinin Baş İdarəsi əlavə edib ki, polis əməkdaşları tərəfindən 50-dən çox axtarış aparılıb:

“Bu zaman kütləvi iğtişaşları təşkil edənlərlə bağlı maddi sübutlar, ofis avadanlığı və telefonlar götürülüb. Şəhərdə əməliyyat şəraiti hüquq-mühafizə orqanlarının nəzarətindədir”. Polis xəbərdarlıq edir ki, şəhərdə əməliyyat vəziyyətini çətinləşdirməyə yönəlmiş bütün cəhdlərə dərhal son qoyulacaq.

Qeyd edək ki, Təl-Əvivdən gələn təyyarənin Mahaçqala aeroportunda enişindən sonra bir qrup şəxs uçuş zolağına çıxıb. Hazırda hava limanı bağlanıb, təyyarələr digər aeroportlara yönəldilib.

AzVision.az


Teqlər:





Xəbər lenti