Yaponiyanın XİN rəhbəri bu həftə İsrailə gedəcək

   Yaponiyanın XİN rəhbəri bu həftə İsrailə gedəcək
  31 Oktyabr 2023    Oxunub:1102
Yaponiyanın xarici işlər naziri Yoko Kamikava bu həftə İsrailə səfər edəcək. O, bu barədə parlamentin aşağı palatasının büdcə komissiyasında müzakirələr zamanı bildirib.
"Əgər şərait imkan verərsə, bu həftənin ikinci yarısında İsrailə səfər etməyi planlaşdırıram", -o deyib.

Kamikava vurğulayıb ki, Yaponiya tərəfi İsrail-Fələstin münaqişəsinin həllinə yönəlmiş diplomatik səyləri davam etdirəcək.

Yaponiya hökuməti dəfələrlə vurğulayıb ki, HƏMAS-ın İsrailə qarşı terror hücumlarını pisləyir, eyni zamanda münaqişənin bütün tərəflərini beynəlxalq hüquqa hörmət etməyə çağırır.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti