ABŞ Konqresi İsrailə 14,3 milyardlıq yardım layihəsi təqdim edib

   ABŞ Konqresi İsrailə 14,3 milyardlıq yardım layihəsi təqdim edib
  31 Oktyabr 2023    Oxunub:979
ABŞ Konqresinin Nümayəndələr Palatasında respublikaçılar İsrailə 14,3 milyard dollar məbləğində yardımın maliyyələşdirilməsini nəzərdə tutan qanun layihəsi təqdim ediblər. Bununla bağlı mətn bazar ertəsi qanunverici orqanın saytında dərc olunub.
Qanun layihəsi 2024-cü ilin 30 sentyabrında başa çatacaq maliyyə ili üçün İsrailə qarşı hücumlara cavab vermək və digər məqsədlər üçün təcili əlavə vəsait ayrılmasını nəzərdə tutur.

Digər məsələlərlə yanaşı, respublikaçılar İsrailin "Dəmir Günbəz" və "Davidin Sapandı" raketdən müdafiə sistemlərinə 4 milyard dollar, həmçinin ən son "Dəmir Şüa" lazer sisteminin inkişafına 1,2 milyard dollar xərcləməyi təklif ediblər.

Qaydalar Komitəsi qanun layihəsinə çərşənbə günü baxacaq. Nümayəndələr Palatası tərəfindən təsdiq olunarsa, qanun layihəsi Senatda ciddi problemlərlə üzləşə bilər, burada qanunvericilər İsrail və Ukraynaya yardımı bir paketdə birləşdirməyə üstünlük verirlər.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti