Zelenskinin Krımdakı villasını satıb rus əsgərlərə xərcləyəcəklər

Zelenskinin Krımdakı villasını satıb  rus əsgərlərə xərcləyəcəklər
  31 Oktyabr 2023    Oxunub:1072
Krım "Dövlət Şurasının" sədri Vladimir Konstantinov Ukrayna prezidentinin villasından danışıb.
O, qeyd edib ki, Zelenskilər ailəsinə məxsus olduğu iddia edilən evin satışından əldə olunan pullar müharibə iştirakçılarına dəstək üçün xərclənəcək.

Zelenskayanın Krımdakı keçmiş mənzili satışa çıxarıldı - VİDEO
"Zelenskilərin mənzilinin almağa iki iddiaçı var idi. 24 milyon rubl olan başlanğıc qiymət 44 milyona qədər yüksəldi", - Konstantinov qeyd edib.

Qeyd edək ki, villa Yaltanın Livadiya kəndinin mərkəzində yerləşir. Rusiya mediası yazır ki, bahalı ev əvvəllər Ukrayna Prezidentinin həyat yoldaşı Yelena Zelenskayaya məxsus olub.

Oktyabrın 21-də isə mənzilin artıq hərraca çıxarılması barədə məlumat yayılmışdı.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Krım   Mənzil  





Xəbər lenti