Dağıstanlı "Xasbik"ə qarşı antisemitizmə görə araşdırmalar başladı

Dağıstanlı "Xasbik"ə qarşı antisemitizmə görə araşdırmalar başladı
  31 Oktyabr 2023    Oxunub:1088
Rusiya Baş Prokurorluğu məşhur videoblogger "Xasbik"lə (Xasbulla Maqomedov-red.) bağlı araşdırmalara başlayıb.
Prokurorluq əməkdaşları onun fəaliyyətində antisemitizm əlamətləri və Dağıstandakı son iğtişaşlarla bağlı çağırışlar ehtiva edən fikirlər, ekstremizm olub-olmadığını yoxlayacaq. xəbər verir ki, bu barədə Mash Telegram kanalı məlumat yayıb.

Qeyd edilir ki, izləyicilərdən biri Xasbulla Maqomedovun Instagram hesabına aid və Telegram kanalında yəhudilərə-İsraildən gələn qaçqınlara maşın və mənzillərin icarəyə verilməməsi ilə bağlı çağırışları görəndən sonra şikayət edib.

Müvafiq çağırışlar link kimi blogger tərəfindən "hekayə" bölümündə yerləşdirilib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Dağıstan   Antisemitizm  





Xəbər lenti