Müdafiə Nazirliyinin binasını qoruyan polisləri bıçaqladı

   Müdafiə Nazirliyinin binasını qoruyan polisləri bıçaqladı
  31 Oktyabr 2023    Oxunub:914
Koreya Respublikası Milli Müdafiə Nazirliyinin kompleksi yaxınlığında bir nəfər bıçaqla hücum edərək iki polisi yaralayıb. Bu barədə Yonhap agentliyi məlumat yayıb.
77 yaşlı kişi kompleksin yanından keçərkən hücumu yerli vaxtla saat 13:20-də polisin ondan daha sürətli hərəkət etməsini xahiş etməsindən sonra həyata keçirib. Onlardan biri sol qolundan, digəri qarnından yaralanıb. Onlar xəstəxanaya aparılıb, kişi yerindəcə saxlanılıb.

Müdafiə Nazirliyinin binasında Koreya prezidentinin ofisi yerləşir.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti