İran hökuməti inflyasiyanı cilovlaya bilmir

   İran hökuməti inflyasiyanı cilovlaya bilmir
  31 Oktyabr 2023    Oxunub:882
İranın 21 vilayətində bu ilin oktyabr ayında illik inflyasiya səviyyəsi ümumilikdə 45%-dən, 9 əyalətdə isə 50%-dən çox olub.
AzVision.az İran Statistika mərkəzinin son hesabatına istinadən xəbər verir ki, cari ilin oktyabr ayında ölkənin illik inflyasiya səviyyəsi 45,5% təşkil edib. Beləliklə də, sentyabrda qeydə alınan 1,2%-lik inflyasiya fərqi oktyabrda 1,9 faizə çatıb.

Eyni zamanda cari ay üzrə illik inflyasiya İranın 21 vilayətində bütün ölkə üzrə elan edilmiş göstəricidən, yəni 45,5%-dən daha yüksəkdir.

Onların arasında isə Yəzd, Çəharmahal və Bəxtiyari, Kürdüstan, Luristan, İsfahan, Şərqi Azərbaycan, Kirmanşah, Şimali Xorasan və Həmədan daxil olmaqla 9 əyalətdə illik inflyasiya səviyyəsi 50%-i keçib.

İranın hökumət rəsmilərinin inflyasiyanın səviyyəsinin azaldılması ilə bağlı iddialarına baxmayaraq, İran Statistika mərkəzinin hesabatı göstərir ki, oktyabr ayında ölkənin heç bir əyalətində illik inflyasiya səviyyəsi 40%-dən az olmayıb.

Hətta statistika mərkəzinin 31 vilayət arasında ən aşağı illik inflyasiya səviyyəsinə malik bölgə kimi təqdim etdiyi Tehran vilayətində belə 40,7% inflyasiya qeydə alınıb.
AzVision.az




Teqlər: İran   inflyasiya  





Xəbər lenti