Erməni jurnalist: “Daim dünyadakı münaqişələrə sevinən xalq olmuşuq”

      Erməni jurnalist:   “Daim dünyadakı münaqişələrə sevinən xalq olmuşuq”
  31 Oktyabr 2023    Oxunub:1152
Jurnalist Nairi Hoxikyan öz millətini aşağılayan ifadələr işlədib. O, erməni cəmiyyətini tənqid edərək yazıb ki, onlar xalq olaraq həmişə müharibələrə seviniblər.
- İsrail və Fələstin öz arasında müharibə edir, buna ermənilər sevinir. Rusiya ilə Ukrayna müharibə aparır, bundan ermənilər xoşbəxt olduqlarını göstərirlər. Dağıstanda yəhudilərə qarşı təqib və təzyiqlər artır, yenə də ermənilər sevinirlər,- o gileylənib.

Erməni jurnalist xalqını ikiüzlülükdə ittiham etdi
Hoxikyan xalqının İrəvana müttəfiq ölkə sayılan İranla ABŞ arasında artan gərginliyindən də sevincli görünməsini anormal hal sayıb: "Türkiyə İsraillə döyüşə girə biləcəyini bəyan edəndə, ermənilər sevinclərini gizlətmədilər. Bizim xalq daim dünyada baş verən qarşıdurmalara sevinməsi ilə seçilir.

Ermənilər ümid edirlər ki, dünya dağılacaq, başqaları bizə aid olmuş öz paylarını qazanacaqlar, biz isə parazit kimi Vətənimizin qanını içməyə davam edəcək, heç bir iş görməyəcəyik. Əvvəlkiləri lənətləmək və indikilər ilə ölkəni dağıtmaqla məşğuluq. Axı biz kimik?".

Qeyd edək ki, Hoxikyan bir neçə dəfə öz xalqını tənqid edib. O açıqlamaların birində bunları söyləyib: "Mərhum dostum, diplomat Arman Navasardyan həmişə qeyd edirdi ki, erməni xalqı hələ dövlətçiliyə hazır deyil. O zaman mən bu fikrə qarşı idim. Bu gün başa düşürəm ki, Koçaryanın rəsmlərini evlərinin divarlarından asanlar Serj Sarkisyanın hakimiyyəti dövründə onu istedadlı bir strateq sayırdılarsa, onlar hazırda ağızları köpüklənərək Nikol Paşinyana ibadət edirlər".

Tural Tağıyev
AzVision.az



Teqlər:   Erməni   Münaqişə   Jurnalist  





Xəbər lenti