İranda pul çapının həcmi inflyasiyanı sürətləndirir

   İranda pul çapının həcmi inflyasiyanı sürətləndirir
  31 Oktyabr 2023    Oxunub:987
Son bir ildə İranda 23 trilyon tümən pul çap edilib ki, bu da çox düşündürücü statistikadır.
AzVision.az xəbər verir ki, İranın Mərkəzi Bankının keçmiş rəhbəri Əbdülnaser Himməti Tikinti agentləri partiyasının konqresində belə narahatedici fakta diqqət çəkib.

“Bu həcmdə pul çapı ilə inflyasiyanı cilovlamaq olarmı? İranda hökumətlər gəlirlərindən çox xərcləməyə öyrəşiblər və bu o deməkdir ki, onlar ölkəni likvidlik yaratmaqla idarə edirlər. Hökumətin, bankların və pensiya fondlarının maliyyə balansının olmaması gəlirlə müqayisədə yüksək xərclərin nəticəsidir”, - Himməti deyib.

İranda hökumətlər büdcə kəsirlərini daha çox milli valyutanın emissiyası yolu ilə doldurmağa çalışırlar ki, bu da ölkədə inflyasiyanın tüğyan etməsinə səbəb olub.

Beynəlxalq Valyuta Fondunun oktyabr ayında apardığı qiymətləndirmə göstərir ki, bu il İranda inflyasiya səviyyəsi Venesuela, Zimbabve, Sudan, Argentina, Surinam və Türkiyədən sonra dünyada ən yüksək olacaq.
AzVision.az




Teqlər: İran   pul  





Xəbər lenti