Güneyli rejissor beynəlxalq mükafata layiq görüldü

Güneyli rejissor beynəlxalq mükafata layiq görüldü
  31 Oktyabr 2023    Oxunub:852
Qərbi Azərbaycan əyalətinin Urmiya şəhərindən olan rejissor Ərturan Nəcəfinin “Novruznamə” qısametrajlı filmi 8-ci Beynəlxalq Türk Dünyası festivalının “Ən yaxşı qısametrajlı sənədli film” nominasiyasının qalibi olub.
AzVision.az xəbər verir ki, bu il Türkiyənin paytaxtı Ankarada keçirilən festivalın məqsədi türk dünyasının ortaq mədəni dəyərlərini və tarixini tanıtmaqdan ibarətdir.

Qeyd edək ki, bir neçə il əvvəl Ərturan Nəcəfinin “Sous” filmi Rusiyada keçirilən 13-cü Kazan Beynəlxalq Film festivalının “Ən yaxşı qısametrajlı bədii film” mükafatını qazanıb.
AzVision.az



Teqlər: Nəcəfi   mükafat  





Xəbər lenti