İranda qətlə yetirilmiş etirazçının anası həbs edilib

   İranda qətlə yetirilmiş etirazçının anası həbs edilib
  31 Oktyabr 2023    Oxunub:1150
Ötən il İrandakı ümummilli etirazların qurbanlarından olan Məhəmməd Cavad Zahidinin anası Məhsa Yəzdani 13 il həbs cəzasına məhkum olunub.
AzVision.az “Hengaw” İnsan haqları saytının yaydığı məlumata istinadən xəbər verir ki, Məhsa Yəzdani Sari İnqilab məhkəməsində “müqəddəsləri təhqir etmək”, “insanları milli təhlükəsizliyə qarşı təhrik etmək”, “İran əleyhinə fəaliyyət göstərmək” ittihamları ilə 13 il həbs cəzasına məhkum olunub. Cinayətlərin birləşdirilməsi haqqında qanuna görə, görə ona ən ağır, yəni beş il müddətinə azadlıqdan məhrum etmə cəzası şamil olunacaq.

Xanım Yəzdaninin qızı Mitra Zahidi öz İnstaqram hesabında yayımladığı hekayədə “Üçyaşlı qardaşım necə olacaq? Bütün bu qəddarlığa görə kim cavabdehdir?”, - cəmiyyətə müraciət edib.

Mehsa Yəzdaninin oğlu Məhəmməd Cavad Zahidi ötən il Saridə keçirilən ümummilli etirazlar zamanı 20 yaşında polis gülləsindən dünyasını dəyişib.

Xanım Yəzdani isə bu il avqustun 22-də Sarida təhlükəsizlik qüvvələri tərəfindən tutularaq naməlum yerə aparılıb.
AzVision.az



Teqlər: İran   həbslər  





Xəbər lenti